Yığmamız Yunanıstana da məğlub oldu

Yığmamız Yunanıstana da məğlub oldu

19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının əsas seçmə mərhələsində bu gün sonuncu oyununu keçirib.

Fanat.Az xəbər verir ki, millimiz Bosniya Herseqovinada təşkil edilən oyunda Yunanıstan yığması ilə qarşılaşıb.

Danimarkadan olan hakimin idarə etdiyi qarşılaşma yığmamızın məğlubiyyəti ilə başa çatıb.

Xatırladaq ki, yığmamız qrupdakı əvvəlki oyunlarında Fransaya 0:5, Bosniya və Herseqovinaya isə 1:4 hesabıyla uduzmuşdu.

AÇ-2023-ün seçmə mərhələsi 5-ci qrup 25 mart

Azərbaycan – Yunanıstan 3:11 Qollar: Rüfət Məmmədli, 26:08. Fərid Abbasov, 29:23. Şahbaz Həndəmli, 39:55 - Panayotis Qriqorakos, 3:17; 12:52. Kiriakos Kountardas, 6:42; 27:48. Konstantinos Pavlidis, 6:58. Konstantinos Papasopulos, 14:30. Gerasimos Tselios, 17:16; 23:25; 27:33. Aleksandros Adamopulos, 19:41. Angelos Georgoyannis, 21:47. Hakimlər: Martin Koster (Danimarka), Norbert Şilagi (Macarıstan), Nikola Manzione (İtaliya). Timekeeper: Vedran Marçinko (Bosniya və Herseqovina). Hakim-inspektor: Antonio Joze Fernandes Kardozo (Portuqaliya). UEFA nümayəndəsi: Boris Durlen (Xorvatiya). Şiroki Briyeq şəhəri, “Pecara” İdman zalı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər