Yaponiya 1/8-ə antirekordla yüksəldi

Yaponiya 1/8-ə antirekordla yüksəldi

Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsinin III tur matçında İspaniyanı sürpriz şəkildə məğlub edən (2:1) Yaponiya millisi bunu antirekordla reallaşdırıb.

Fanat.Az "Opta Sports"a istinadən xəbər verir ki, "gündoğar ölkə" təmsilçisi matçda 18 faiz topa sahib olublar - bu, DÇ tarixində antirekorddur. 

İndiyə qədər mundialda bu qədər az topa sahib olmasına rəğmən, qələbə qazanan olmayıb. 

Yaponiya DÇ-2022-nin 1/8 finalında - dekabrın 5-də Xorvatiya millisi ilə qarşılaşacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər