Yamal qol vurdu, İspaniya yığması unikal rekorda imza atdı

Yamal qol vurdu, İspaniya yığması unikal rekorda imza atdı

İspaniya millisi dünya çempionatında tarixi rekorda imza atıb.

Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, DÇ-2026-da H qrupunda yer alan "buğalar" bu nəticəni 2 turda Səudiyyə Ərəbistanı seçməsini 4:0 hesabı ilə darmadağın etdikləri oyunda reallaşdırıblar.

Sözügedən kollektivin 18 yaşlı iki oyunçusu DÇ-lərdə qol vurub ki, bu da mundiallarda  qeydə alınan ilk belə haldır.

Lamin Yamal 18 yaş 343 günlüyündə ərəblərin qapısına yol tapıbsa, daha əvvəl Qavi (18 yaş, 110 gün) DÇ-2022-də Kosta-Rika ilə oyunda fərqlənə bilib.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.

Toğrul

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər