"Xan-Lənkəran"ın aşağı liqada iştirakı təsdiqləndi

"Xan-Lənkəran"ın aşağı liqada iştirakı təsdiqləndi

Futzal üzrə İkinci Liqada 2022/2023 mövsümündə iştirak edəcək komandaların sayı və adları müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, çempionatda 10 komanda mübarizə aparacaq.

Belə ki, “Baku Fire-2”, “Dalğa”, “Bibi-Heybət”, “Xan-Lənkəran”, “Advokat”, “Zəngilan”, FHN, “Timsport”, “Rəvan” və “Flaqman”ın yarışda iştirakı təsdiqlənib.

Qeyd edək ki, “Zəngilan” komandasının İkinci Liqada iştirak etməklə bağlı müraciəti müsbət dəyərləndirildiyinə görə, “STAR Kargo” Birinci Liqada yarışacaq. İkinci Liqada komandalar 2 dövrədə mübarizə aparacaq, sonda ilk 4 yeri tutacaq kollektivlər pley-off mərhələsinə vəsiqə qazanacaq.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər