Ukraynanın baş məşqçisi: "Oynamalıyıq!"

Ukraynanın baş məşqçisi: "Oynamalıyıq!"

Ukrayna millisinin baş məşqçisi Aleksandr Petrakov komandasına Qətərdə keçiriləcək dünya çempionatında pley-off mərhələsinə qatılmadan oynamaq hüququnun verilməsini istəmir.

Fanat.Az xəbər verir ki, bu barədə "Football.24.ru" saytı məlumat yayıb.

“Oynamalıyıq! Qətərə bileti özümüz qazanmalıyıq. Mən yalnız öz yerimə danışıram. UAF-ın  (Ukrayna Futbol Assosiasiyası) prezidenti, İcraiyyə Komitəsi də var. Amma şəxsən mən bunun əleyhinəyəm, oynamaq lazımdır”, - deyə Petrakov Ukrayna mətbuatına müsahibəsində bildirib.

Daha əvvəl Böyük Britaniyanın baş naziri Boris Conson və bir sıra digər yüksək vəzifəli şəxslər müvafiq təşəbbüslə çıxış etmişdilər.

Xatırladaq ki, pley-offun yarımfinalında Ukrayna yığması Şotlandiya millisi ilə qarşılaşmalıdır. 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər