UEFA "Real"ın ulduzunu "ən yaxşı" elan etdi

UEFA "Real"ın ulduzunu "ən yaxşı" elan etdi

UEFA Çempionlar Liqasında bu mövsümün ən yaxşı oyunçusunun adı açıqlanıb.

Fanat.Az xəbər verir ki, “Real”ın hücumçusu Vinisius Junior mövsümün ən yaxşısı olub.

Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

23 yaşlı futbolçu bu mövsüm sözgedən turnirdə 10 oyunda 6 qol, 5 məhsuldar  ötürmə ilə yadda qalıb. Vinisius Çempionlar Liqasının finalında "Borussiya Dortmund"a (2:0) ikinci qolun müəllifi olub. 

Braziliyalı 2018-ci ildən Madrid klubunda çıxış edir. O, iki dəfə Çempionlar Liqasının çempionu adını qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər