Türkiyədəki zəlzələ qurbanları Azərbaycanda belə anılacaq

Türkiyədəki zəlzələ qurbanları Azərbaycanda belə anılacaq

Fevralın 9-da, 10-da və 12-də keçiriləcək futzal üzrə yüksək, birinci və ikinci liqaların oyunlarının məkanı dəyişilib. 

Fanat.Az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışlar əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı İdman Sarayında yox, "Olimpik Star"da keçiriləcək. Bununla əlaqədər fevralın 10-da keçiriləcək oyunların başlama saatlarında da dəyişiklik edilib.

Bundan başqa, qardaş Türkiyədə baş vermiş zəlzələ qurbanlarının xatirəsi Azərbaycan Futzal Federasiyasının bayrağı altında keçirilən liqalarda 1 dəqiqəlik sükutla anılacaq. 

10 fevral, Olimpik Star

Saat 20:15 Dəstə Ordubad – U-17 Hakimlər: Məmmədəli Kərimov, Xəlil Xəlilov, Hidayət Feyzullayev Hakim-inspektor: Murad Məmmədov

Saat 21:15 Alyans Qrup – Baku Fire-2 Hakimlər: Rza Məmmədov, Əli Cəbrayılov, Şakir Quliyev Hakim-inspektor: Elçin Səmədli

Saat 22:15 VİFLY – STAR kargo Hakimlər: Elgün Hüseynov, Ramil Namazov, Hidayət Feyzullayev Hakim-inspektor: Mehman Mahmudov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər