Türkiyə mundial üçün səfərbər oldu

Türkiyə mundial üçün səfərbər oldu

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində, noyabrın 16-da Monteneqronun qonağı olacaq Türkiyə millisinin heyətində dəyişiklik olub. 

Fanat.Az xəbər verir ki, alman baş məşqçi Ştefan Kuntz  heyətə daha iki futbolçu dəvət edib. 

"Başakşehir"dən Tolqa Cigərçi və "Trabzonspor"dan Yusuf Sarı "ay-ulduzlular"ın düşərgəsinə qatılıb. Bundan əvvəl 3 dəfə millidə çıxış edən Tolqa sonuncu dəfə 2017-ci il sentyabrın 2-də Ukrayna ilə DÇ-2018-in seçmə oyununda iştirak edib. Yusuf isə ilk dəfə milliyə dəvət alıb. Qeyd edək ki, Türkiyə millisi ötən gecə Cəbəllütariqi 6:0 hesabı ilə məğlub edərək mundiala qatılmaq şansı əldə edib. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər