Tramp final oyununa qədər yalnız bu halda DÇ matçını tribunadan izləyə bilər

Tramp final oyununa qədər yalnız bu halda DÇ matçını tribunadan izləyə bilər

ABŞ prezidenti Donald Trampın hazırda davam edən dünya çempionatının oyunlarına canlı baxıb-baxmayacağı açıqlanıb.

Fanat.Az "The Telegraph"a istinadən xəbər verir ki, dövlət başçısı iyulun 19-da baş tutacaq final matçına qədər stadiona getmək barədə düşünmür.

Yazılanlara inansaq, o, həlledici qarşılaşmadan əvvəl yalnız ABŞ yığması yarımfinala yüksələcəyi təqdirdə, tribunalarda gözə dəyəcək. 

Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər