Toya 4 milyon avro xərcləyəcəklər - FOTOLAR

Toya 4 milyon avro xərcləyəcəklər - FOTOLAR
Veteran futbolu Devid Bekhem və müğənni Viktoriya Bekhemin böyük oğlu Bruklik uzun müddətdi sevgili olduğu aktrisa Nikola Peltslə evlənmək qərarına gəlib.
Fanat.Az İngiltərə mətbuatına istinadən xəbər verir ki, cütlüyün toy mərasimi 2021-ci ilin payızında baş tutacaq. Bruklin-Nikola cütlüyü həm İngiltərədə, həm də ABŞ-da toy edəcək.
Mərasimlərə təxminən 4 milyon avro pul xərclənəcək.
Qeyd edək ki, bir neçə gün əvvəl Viktoriya Bekhem oğlunun şəklini paylaşmışdı. Şəkildə Bruklinin barmağında nişan üzüyü diqqət çəkmişdi.
Toya 4 milyon avro xərcləyəcəklər - FOTOLAR
Onu da qeyd edək ki, Nikola Peltsin atası Nelson Pelts ABŞ-ın məşhur iş adamlarındandı və onun sərvəti təxminən 1,7 milyard dollardı. Devid Bekhem də dünyanın ən varlı şəxsləri sırasındadı. Buna baxmayaraq, cütlük toydan əvvəl nigah müqaviləsi imzalayacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər