Tomas Tuxeldən qələbə şərhi: "Lill"i "bağlamaq" asan deyildi"

Tomas Tuxeldən qələbə şərhi: "Lill"i "bağlamaq" asan deyildi"

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində "Çelsi" öz meydanında "Lill"i 2:0 hesabı ilə məğlub edib. 

Fanat.Az xəbər verir ki, London təmsilçisinin baş məşqçisi Tomas Tuxel UEFA-nın saytına açıqlamasında qələbəni şərh edib: 

"Yenə qapımızı "təmiz" saxladıq. Buna layiq idik. Çox güclü komanda olan "Lill"i "bağlamaq" asan deyildi. Hər şey mükəmməl getmədi, lakin rəqibə qol imkanları yaratmağa imkan vermədik və ümumilikdə etibarlı görünürdük.

Fasilədə oyunun strukturunu dəyişdik, beş nəfərlik blok yaratdıq. İmkanlar oldu, qol vurduq, amma sonra passivləşib geri çəkildik. Bundan sonra bəzi problemlərimiz oldu. Kantenin oyunundan çox razıyam. Son matçlarda özünə inam və gərginlik olmasa da, bu gün irəliyə doğru addım atdı. Formada olanda onun oyuna necə təsir etdiyini özünüz görə bilərsiniz”.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu 17 mart tarixində keçiriləcək. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər