Tomas Tuxel: "Bu gün bir qədər də bəxtimiz gətirdi"

Tomas Tuxel: "Bu gün bir qədər də bəxtimiz gətirdi"

Hazırda davam edən futbol üzrə dünya çempionatının 1/4 final mərhələsində Norveç yığmasını əlavə vaxtda məğlub edərək (2:1) yarımfinala yüksələn İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel fikirlərini bölüşüb.

Fanat.Az Britaniya mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis matçın ardından baş turan mətbuat konfransında belə danışlb:

"Özümüz öz işimizi çox çətinləşdirdik. Əlbəttə, yarımfinala yüksəlmək əladır, amma oyunumuzdan razı qalmadım. Bu gün bir qədər də bəxtimiz gətirdi. Daha yaxşı çıxış etməliyik. Buna nail olacağıq, ancaq mütləq inkişaf etməli və oyunumuzu yeni səviyyəyə çatdırmalıyıq".

Xatırladaq ki, İngiltərə seçməsi yarımfinalda Argentina ilə üz-üzə gələcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər