Tanqo davam edir: Argentina Misiri tərki-Si(a)lah etdi

Tanqo davam edir: Argentina Misiri tərki-Si(a)lah etdi

ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, bu gün mundialda 1/8 final mərhələsinə yekun vurulacaq.

Əvvəlcə ABŞ-nin Atlanta şəhərində Argentina və Misir milli komandaları üz-üzə gəliblər.

Qarşılaşma zamanı Misir yığması qarşısında 0:2 hesabı ilə geriyə düşən son dünya çempionları, matçın son dəqiqələrinə doğru xarakter nümayiş etdirərək ardıcıl qollarla vəziyyəti tamamilə dəyişiblər. Meydandan 3:2 hesablı möhtəşəm qələbə ilə ayrılan "tanqoçular" rəsmən adlarını 1/4 finala yazdıraraq çempionluq iddialarını davam etdiriblər.

Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.

DÇ-2026 1/8 final 7 iyul

Argentina - Misir 3:2

Qollar: K. Romero, 79, L. Messi, 83, E. Fernandez, 90+2. - Y.İbrahim, 15, M. Ziko, 67. Baş hakim: Fransua Leteksye (Fransa). Atlanta (ABŞ). "Mercedes-Benz Stadium".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər