Taleh Məmmədovdan Zaqrebdə qızıl medal

Taleh Məmmədovdan Zaqrebdə qızıl medal

Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri sona yaxınlaşır.

Fanat.Az xəbər verir ki, yarışın 4-cü günündə 3 güləşçimiz mübarizə aparıb.

Taleh Məmmədov (63 kq) ümidləri doğruldaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Təcrübəli yunan-Roma güləşçimiz keçirdiyi hər 3 görüşdə qalib gələrək qızıl medal qazanıb.

Qadın güləşi

53 kq Təsnifat mərhələsi: Elnurə Məmmədova – Li Denq (Çin) *5:5 1/8 final: Elnurə Məmmədova – Karla Qonzales (Kanada) 0:4

Yunan-Roma güləşi

63 kq 1/4 final: Taleh Məmmədov – Şermuxammad Şaribcanov (Özbəkistan) 8:1 1/2 final: Taleh Məmmədov – İman Hüseyn Məhəmmədi (İran) *4:4 Final: Taleh Məmmədov – Arif Hüseyn Məhəmmədi (İran) 7:2

67 kq 1/8 final: Həsrət Cəfərov – Luis Sançes (Kuba) 1:5

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər