Stolüstü tennisçilərimiz Qazaxıstanda qızıl medal qazandılar

Stolüstü tennisçilərimiz Qazaxıstanda qızıl medal qazandılar

Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstanın Çimkənd şəhərində təşkil olunan "Shimkent Cup" yarışını iki medalla başa vurublar.

Federasiyadan Fanat.Az-a verilən məlumata görə, Mərziyyə Nurmətova ilə Aylin Əsgərova qızların qoşa turnirində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün birinci pilləsinə yüksəliblər.

Nurmətova şəxsi turnirdə də etimadı doğruldub. Sumqayıt stolüstü tennis məktəbinin yetirməsi bürünc medala da layiq görülüb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər