Stolüstü tennisçilərimiz beynəlxalq yarışın finalına yüksəldilər

Stolüstü tennisçilərimiz beynəlxalq yarışın finalına yüksəldilər

Stolüstü tennisçilər Onur Quluzadə ilə Yağmur Məmmədli Türkiyədə təşkil olunan “WTT Youth Contender” turnirində etimadı doğrultmaqdadırlar. 

Fanat.Az xəbər verir ki, U-15 kateqoriyasında yarışan idmançılar bu gün qarışıq-qoşa mübarizəsində finaladək irəliləyərək minimum gümüş mükafatı təmin ediblər. 

Quluzadə - Məmmədli tandemi sabah keçiriləcək həlledici qarşılaşmada Türkiyə təmsilçiləri ilə üz-üzə gələcək. 

Xatırladaq ki, Onur Quluzadə ilə Yağmur Məmmədli yanvar ayında Dohada keçirilən “WTT Youth Star Contender” yarışının qarışıq-qoşa mübarizəsində bürünc mükafata layiq görülmüşdü.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər