Rusiyaya daha bir zərbə: İsveç də DÇ-2022 matçından imtina etdi

Rusiyaya daha bir zərbə: İsveç də DÇ-2022 matçından imtina etdi

DÇ-2022-nin pley-off mərhələsində Rusiya Polşanı yensə, finala vəsiqə uğrunda İsveç - Çexiya matçının ən güclüsü ilə qarşılaşacaq. 

Fanat.Az xəbər verir ki, İsveç Futbol Federasiyası rəsmi saytı vasitəsi ilə bəyanat yayıb.

Bildirilib ki, əgər Rusiya və İsveç yığmaları qarşılaşmalı olsalar, İsveç millisi görüşün yerindən asılı olmayaraq, matçda iştirak etməyəcək.

Qurum FİFA-nı Rusiyanın iştirakı ilə martda keçiriləcək pley-off oyunlarını ləğv etməyə çağırıb.

Qeyd edək ki, Polşa millisi də Rusiyaya qarşı keçirməli olduğu dünya çempionatının pley-off oyunundan imtina edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər