Ronaldu Messidən danışdı: "Əla fantaziyadır"

Ronaldu Messidən danışdı: "Əla fantaziyadır"

"Bizim Lionel Messi əla münasibətlərimiz var. Biz dost deyilik, amma daha çox komanda yoldaşları kimiyik".

Fanat.Az xəbər verir, bunu "Mançester Yunayted"in və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu "Talk TV"-yə müsahibəsində deyib.

37 yaşlı forvard daim müqayisə  olunduğu 35 yaşlı həmkarı ilə bağlı xoş sözlər səsləndirib:

"Bilirsiniz niyə dost olmadığımızı söyləyirəm? Çünki mənim aləmimdə dost sənin evində olmuş, tez-tez zəngləşdiyin adamdır. Yəni Messi ilə məndə belə deyil. O, əla oğlandır. Haqqımda dilə gətirdiyi sözlərə görə Lionelə hörmətim var. Messi futbol üçün əla işlər görür.

Onunla DÇ-nin finalında qarşılaşmaq? Hə, bu, çox gözəl olardı. Əla fantaziyadır!"

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər