Ronaldu ÇL-də yeni rekord müəyyənləşdirdi

Ronaldu ÇL-də yeni rekord müəyyənləşdirdi

"Mançester Yunayted"in superulduzu Kriştianu Ronaldu Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, portuqaliyalı hücumçu buna "Atalanta" ilə oyunda qol vurmaqla nail olub.

Ronaldu qitənin ən nüfuzlu klub turnirində 38 müxtəlif komandanın qapısına yol tapa bilən ilk futbolçudur.

Qeyd edək ki, MY "Old Trafford"da "Atalanta"nı 3:2 hesabıyla yenib və F qrupunda birinci yerə yüksəlib. Kriştianu "qırmızı şeytanlar"ın qələbə qoluna imza atıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər