Fransa I Liqasının XVIII turunda "Monako" səfərdə PSJ-yə 0:2 hesabı ilə məğlub olub.
Fanat.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Niko Kovaç rəqibin hücumçusu Kilian Mbappe haqda danışıb.
50 yaşlı mütəxəssis matçda komandasının qapısına iki qol vuran Mbappenin "Qızıl top" alması şanslarını yüksək qiymətləndirib:
“Mənim üçün o, dünyanın ən yaxşı üç oyunçusundan biridir. Onu zədədən qorusalar, çoxlu "Qızıl top" alacaq. PSJ-də hər şey oyunçudan asılıdır. Texnikası, gücü, sürəti sayəsində Kilian hər an nəyisə dəyişə bilər”.
Qeyd edək ki, Kilian Mbappe carı mövsüm Liqa I-də 17 matçda iştirak edib, 9 qol vurub və 8 məhsuldar ötürmə edib.
Xatırladaq ki, PSJ 45 xal toplayıb və Liqa 1-in turnir cədvəlində ikinci pillədə qərarlaşan "Marsel"i 13 xal qabaqlayaraq birinci pillədəki mövqeyini möhkəmləndirib. “Monako” isə 26 xalla 8-cidir.
Emin