Rebrovun gözlənilən istefası reallaşdı - RƏSMİ

Rebrovun gözlənilən istefası reallaşdı - RƏSMİ

Ukrayna millisinin baş məşqçisi Sergey Rebrovun gözlənilən istefası rəsmiləşib.

Fanat.Az xəbər verir ki, informasiyanı Ukrayna Futbol Assosiasiyasının mətbuat xidməti yayıb.

51 yaşlı mütəxəssis 2023-cü ildən yığmanın "sükanı arxası"nda idi. Seçmə komanda onun rəhbərliyi altında AÇ-2024-də mübarizə aparsa da, qrupdan çıxa bilməyib. Rebrovun çalışdırdığı kollektiv pley-offda İsveç millisinə yenilərək (1:3) bu yay ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatından kənarda qalıb.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər