"Real"la PSJ razılığa gəldilər - Mbappe "Kral klubu"nda bu qədər qazanacaq

"Real"la PSJ razılığa gəldilər - Mbappe "Kral klubu"nda bu qədər qazanacaq

Fransanın PSJ və İspaniyanın "Real Madrid" klubları Kilian Mbappenin transferi ilə bağlı razılığa gəliblər.

Fanat.Az xəbər verir ki, bu barədə məlumatı "Sport.fr" yayıb.

Xəbərə görə, Paris təmsilçisi bu keçidə görə bonus şəklində pul qazana bilər. Ulduz forvardın "Real"da illik 35 milyon avro maaş alacağı, başqa sözlə, "Kral klubu"nun ən ödənişli oyunçusu olacağı vurğulanıb. Bundan başqa, "Real" Mbappenin öz obrazından meydandan kənarda istifadə etməsinə heç bir əngəl yaratmayacağı da diqqətə çatdırlıb. 

Qeyd edək ki, Mbappenin PSJ ilə müqaviləsinin müddəti gələn ilin yayına qədər nəzərdə tutulub. Cri mövsüm paytaxt təmsilçisinin forması ilə Liqa 1-də 14 oyuna çıxan Fransa millisinin forvardı 15 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər