"Real"ın qapıçısı Tibau Kurtua özündən 6 yaş böyük modellə sevgilidi.
Fanat.Az "Semana" dərgisinə istinadən xəbər verir ki, 26 yaşlı belçikalı qolkiper 32 yaşlı model və aparıcı Alba Karrillo ilə birlikdədi.
Dərgi cütlüyün əl-ələ çəkilmiş fotosunu yayımlayıb.
Alba Karrill açıqlamasında "Biz onunla dostuq və bir-birimizi tanımağa çalışırıq. İndi çox xoşbətəm" deyib.
3 il tennisçi Felikiano Lopeslə evli olan model 2017-ci ildə boşanıb.