"Real"da oynamaq fikrindəsənsə..." - Messi Mbappeyə nə deyib?

"Real"da oynamaq fikrindəsənsə..." - Messi Mbappeyə nə deyib?

"Defensa Central" PSJ-dən azad agent qismində ayrılaraq MLS təmsilçisi "İnter Mayami" ilə müqavilə bağlayan Lionel Messinin Paris klubundan getməmişdən öncə komanda yoldaşı Kilian Mbappeyə nə dediyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, sözügedən mənbə argentinalı ulduzun Mbappeyə "Real Madrid"ə keçməyi məsləhət gördüyünü vurğulayıb və onun sözlərini belə çatdırıb:

"Mən sənin "Barselona"ya keçməyini istəyərdim. Amma "Real"da oynamaq fikrindəsənsə, bunu et. Sən sözün əsl mənasında, böyük hədəfləri olan kluba layiqsən. Sən qalibsən".

Qeyd edək ki, daha öncə Mbappenin PSJ ilə olan müqaviləsinin müddəti başa çatandan sonra onun daha 1 il müddətinə uzadılmasından imtina etdiyi məlum olub. Kilianın parislilərlə anlaşması 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər