"Real" ukraynalı qapıçını komandadan kənarlaşdırdı - SƏBƏB

"Real" ukraynalı qapıçını komandadan kənarlaşdırdı - SƏBƏB

"Real Madrid" Çempionlar Liqasının finalı üçün Londona ukraynalı qapıçı Andrey Luninsiz uçmağı planlaşdırır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Madrid Universal" yayıb. 

Xəbərə görə, bu qərar ukraynalının xəstəliyi ilə bağlıdır. Luninin qızdırmasının olduğu bildirilir.

Madrid klubunun məşqçilər korpusu ukraynalının digər oyunçuları yoluxdura biləcəyindən ehtiyat edib və buna görə də onun komanda ilə uçmasına icazə verilməyib.

Qeyd edək ki, iyunun 1-də baş tutacaq UEFA Çempionlar Liqasının finalı - "Borussiya Dortmund" – "Real Madrid" görüşü İngiltərənin paytaxtında keçiriləcək.  Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər