"Real" ÇL-in qalibi ola bilməyəcək" - Anri

"Real" ÇL-in qalibi ola bilməyəcək" - Anri

"Arsenal"ın və Fransa millisinin əfsanəvi hücumçusu Tyeri Anri Çempionlar Liqasının yarımfinal mərhələsində baş tutacaq "Mançester Siti" - "Real Madrid" duelini dəyərləndirib. 

Fanat.Az xəbər verir ki, veteran futbolçu "CBS Sports" kanalına müsahibəsində favoritini açıqlayıb:

“Mən "Real"a yox, “Mançester Siti”yə üstünlük verirəm. Onlar Çempionlar Liqasının qalibi olacaqlar. Qvardiolanın Çempionlar Liqasında "Mançester Siti" ilə qələbə qazanmasının vaxtıdır. Bununla da o, ÇL-də yaxşı nəticə göstərə bilmədiyi barədə bitməyən söz-söhbətlərə son qoyacaq. Mən Qvardiolanın “Mançester Siti” ilə Çempionlar Liqasını qazanmasını istərdim”.

Qeyd edək ki, "Real Madrid" və "Mançester Siti" arasında yarımfinal oyunları 9-17 may tarixlərində olacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər