Rafael Ağayevin ayağı sındı: Dünya çempionatında iştirak etməyəcək

Rafael Ağayevin ayağı sındı: Dünya çempionatında iştirak etməyəcək

Karate üzrə Olimpiadanın gümüş mükafatçısı, beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayev BƏƏ-nin Dubay şəhərində keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.

Fanat.Az xəbər verir ki, tanınmış idmançımız fərdi şəkildə məşq edərkən sol ayağı burxularaq sınıb.

Bu səbəbdən də onun 16-21 noyabrda keçiriləcək dünya çempionatında iştirak etməyəcəyi dəqiqləşib.

Qeyd edək ki, Rafael Ağayev bu ay Moskvada keçirilmiş Karate1 Premyer Liqa turnirinə də qatılmamışdı. (Oxu.az)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər