Qurban Qurbanov erməni güləşçiyə qalib gəldi

Qurban Qurbanov erməni güləşçiyə qalib gəldi

Azərbaycan millisinin daha bir güləşçisi Avropa çempionatında erməni rəqibini məğlub edib.

Fanat.Az xəbər verir ki, 82 kq çəki dərəcəsində çıxış edən Qurban Qurbanov Slovakiyanın paytaxtı Bratislavada keçirilən yarışa 1/8 finaldan başlayıb.

Onun ilk rəqibi ermənistanlı Samvel Qriqoryan olub. Qurban 3:1 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib.

Qeyd edək ki, bu gün Beka Kandelaki (130 kq) təsəlliverici görüşdə David Ovasapyana (Ermənistan) 2:0 hesabı ilə qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər