"Öz istəyinlə getməsən, qovulacaqsan"

"Öz istəyinlə getməsən, qovulacaqsan"

Almaniya futbolunun daxilində görünməmiş bir idarəçilik böhranı baş qaldırıb və millinin sükanı arxasında ciddi dəyişiklik qaçılmaz olub.

Fanat.Az Almaniyanın nüfuzlu "Sport Bild" nəşrinə istinadən xəbər verir ki, Almaniya Futbol Federasiyası baş məşqçi Yulian Naqelsmanna istefa verməyi təklif edib.

Federasiya rəhbərliyinin bu radikal addımı atmasına səbəb Bundestimin Dünya çempionatında nümayiş etdirdiyi olduqca uğursuz və məyusedici performansdır. 38 yaşlı mütəxəssisə öz istəyi ilə ayrılmaq üçün qısa vaxt tanınıb.

Əgər gənc çalışdırıcı bu istefa təklifini qəbul etməzsə, federasiya rəhbərliyi onun müqaviləsinə birtərəfli qaydada xitam verərək gənc mütəxəssisi rəsmən vəzifəsindən kənarlaşdıracaq.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər