"Uğursuzluğun məsuliyyət yükü bizim çiyinlərimizdədir" - Danimarka millisinin baş məşqçisi

"Uğursuzluğun məsuliyyət yükü bizim çiyinlərimizdədir" - Danimarka millisinin baş məşqçisi

Dünya çempionatına vəsiqə uğrunda pley-off mərhələsinin finalında Çexiyaya uduzaraq (2:2, penaltilər - 1:3) mundiala yollana bilməyən Danimarka millisinin baş məşqçisi Brayan Rimer matçın ardından fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Əlbəttə, danimarkalılara həmişə arzuladığımız dünya çempionatında iştirak hüququnu hədiyyə edə bilmədiyimiz üçün məyusuq. Həm ölkəmiz, həm də futbolçularımız bunu çox arzulayırdı. Uğursuzluğun məsuliyyət yükü bizim çiyinlərimizdədir. Uğursuzluqla üzləşən, komandanı mundiala daşıya bilməyən bizik".

Xatırladaq ki, bu, Danımarkanın 21-ci əsrdə qatıla bilmədiyi 3-cü DÇ-dir. "Qırmızı qvardiya" 2006-cı və 2014-cü illərdə keçirilmiş mundillarda da iştirak etməyib.

Toğrul 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər