"Son 90 saniyədə yaşananları ifadə etməyə söz tapa bilmirəm" - Ralf Ranqnik

"Son 90 saniyədə yaşananları ifadə etməyə söz tapa bilmirəm" - Ralf Ranqnik

Futbol üzrə dünya çempionatının qrup mərhələsinin 3-cü turunda Əlcəzair yığması ilə 3:3 hesablı bərabərliyə razılaşan Avstriya seçməsinin baş məşqçisi Ralf Ranqnik fikirlərini bölüşüb. 

Fanat.Az xəbər verir ki, almaniyalı mütəxəssis mətbuat konfransında belə danışıb:

"Açığı, son 90 saniyədə yaşananları ifadə etməyə söz tapa bilmirəm. Əsas vaxt demək olar ki, bitmişdi... Amma edilən əvəzetmə ilə oyuna qayıtmağı bacardıq. Bu, inanılmazdır".

Qeyd edək ki, Riyad Mahrez 90+3-cü dəqiqədə hesabı 3:2 etsə də, Saşa Kalaydziç 90+6-da Avstriyaya bərabərlik gətirən qolu vurub.

Qrupu ikinci sırada tamamlayan Avstriya 1/16 finalda İspaniya ilə qarşılaşacaq. Ən yaxşı üçüncülər sırasına düşməyi bacaran Əlcəzair isə İsveçrə ilə üz-üzə gələcək.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər