"Penaltiyə aid hər detalı incələmişdik" - Paraqvay seçməsinin qapıçısı

"Penaltiyə aid hər detalı incələmişdik" - Paraqvay seçməsinin qapıçısı

Dünya çempionatının 1/16 final mərhələsində Almaniya yığmasını penalti seriyasında üstələyərək (1:1, penaltilər: 4:3) Paraqvay yığmasının qapıçısı Orlando Xil qələbəni dəyərləndirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini FİFA-nın rəsmi saytı belə çatdırıb:

"Bu, böyük məmnuniyyətdir. Ağır oyun oldu. Ayaqda qalmağı bacardıq. Hesabı biz açdıq, onlar bərabərləşdirdilər. Ardından isə mübarizəni davam etdirdik. 

Əlbəttə, rəqibin hər oyunçusunu, penaltiyə aid hər detalı incələmişdik. Şükürlər olsun ki, iki penaltini dəf etməyi bacardım. Almaniyanı mübarizədən kənarlaşdırmaq böyük fəxrdir. Qələbə bütün paraqvaylılara həsr olunur".

Qeyd edək ki, Paraqvay seçməsi 1/8 finalda Fransa - İsveç cütünün qalibi ilə üz-üzə gələcək.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər