"Nə baş məşqçi günahkardır, nə mətbuat, nə də rəqib" - Yozua Kimmix

"Nə baş məşqçi günahkardır, nə mətbuat, nə də rəqib" - Yozua Kimmix

Hazırda davam edən dünya çempionatının 1/16 finalında Paraqvay yığmasına penalti seriyasında uduzaraq (1:1, penaltilər: 3:4) mübarizəni dayandıran Almaniya millisinin yarımmüdafiəçisi Yozua Kimmix məğlubiyyətin səbəbkarlarını açıqlayıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "De Marke Sports" belə çatdırıb:

"Biz burada oynayırıq ki, Almaniya bizimlə fəxr etsin. Uşaqlıqda həmişə Almaniyanın yarımfinallara və finallara çıxdığına baxmışam. Təəssüf ki, biz evlərində yığmanı dəstəkləyən insanlara bunu hədiyyə edə bilmədik. Onlara sevimli komandaları ilə qürur duymaq imkanı yaratmağı bacarmadıq.

Dünya çempionatında işimizin öhdəsindən gəlmədik və məsuliyyəti üzərimizə götürürük. Nə baş məşqçi günahkardır, nə mətbuat, nə də rəqib. Günahkar yalnız bizik".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər