"Meydana Fransaya qalib gələ biləcəyimizi düşünərək çıxmalıyıq" - Viktor Dyökereş

"Meydana Fransaya qalib gələ biləcəyimizi düşünərək çıxmalıyıq" - Viktor Dyökereş

İsveç millisinin hücumçusu Viktor Dyökereş hazırda davam edən dünya çempionatının 1/16 final mərhələsində Fransa yığmasına qarşı keçirəcəkləri oyun ərəfəsində fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, "Arsenal"ın futbolçusunun sözlərini "Arsenal Radar" belə çatdırıb:

"Meydana Fransaya qalib gələ biləcəyimizi düşünərək çıxmalıyıq. Bizim üçün uğurlu gün olsa, oyunun əla alınması mümkündür. Bizi bu matçda nə gözlədiyini gözəl anlayırıq".

Skandinaviya təmsilçisi F qrupundakı mübarizəni 4 xalla 3-cü pillədə başa vurub və ən yaxşı qrup üçüncülərindən biri qismində pley-offa adlayıb. Fransa - İsveç matçı iyulun 1-də keçiriləcək.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər