"Mbappe fasilədən öz vəziyyətini yaxşılaşdırmaq üçün istifadə edib" - Karlo Ançelotti

"Mbappe fasilədən öz vəziyyətini yaxşılaşdırmaq üçün istifadə edib" - Karlo Ançelotti

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti adı seksual təcavüz qalmaqalında hallanan Kilian Mbappedən danışıb.

Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssisin sözlərini "RMC Sport" belə çatdırıb:

"Hər şey yaxşıdır. Mbappe fasilədən öz vəziyyətini yaxşılaşdırmaq üçün istifadə edib. Kilian xoşbəxtdir və sabahkı oyunda komandaya fayda vermək istəyir. 15 günlük fasilənin Mbappeyə çox köməyi dəyib".

Xatırladaq ki, sözügedən futbolçunun 5 günlük İsveç səfəri zamanı Stokholmdakı otellərin birində qadına təcavüz etdiyi barədə məlumatlar yayılıb. Ardından isə yerli polisin bu yöndə araşdırmalara başladığı açıqlanıb.  

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər