"Hələ də inana bilmirəm ki, çempion olmuşam" - İslam Bazarqanov

"Hələ də inana bilmirəm ki, çempion olmuşam" - İslam Bazarqanov

Sərbəst güləş üzrə Avropa çempionu İslam Bazarqanov (57 kq) Tiranada keçirilən qitə birinciliyinin qalibi olmasına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, o, belə danışıb:

“Hələ də inana bilmirəm ki, çempion olmuşam. Hisslərimi sözlə ifadə edə bilmirəm. Bu, mənim üçün çox prinsipial görüş idi. Dünya çempionatında Musa Mextixanova məğlub olmuşdum. Onun güləş üslubu mənə uyğun gəlmirdi. Köklənmək çətin idi. Allaha şükürlər olsun ki, qalib gələ bildim.

Məşqçilər heyətinə, Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə təşəkkür edirəm. Bu yarışa yüksək səviyyədə hazırlaşmaq üçün hər bir şərait yaradılmışdı. Kislovodsk və Bakıda ağır təlim-məşq toplanışları keçdik. Bütün bunların faydasını da yarışda gördük”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər