"Fiziki gücü artıq 20 il əvvəlki qədər deyil, lakin..."

"Fiziki gücü artıq 20 il əvvəlki qədər deyil, lakin..."

Poruqaliya millisinin yarımmüdafiəçisi Manişe qarşıdakı dünya çempionatına qatılacaq 41 yaşlı həmyerlisi kriştianu ronaldudan danışıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Flashscore" belə çatdırıb:

"Məncə, Kriştianu Ronaldu mundialda oynamalıdır. Nə qədər ki, milli komandanı təmsil etmək arzusu, istəyir var, yaşıl meydanlarda olmalıdır. O, unikal oyunçudur. Düzdür, fiziki gücü artıq 20 il əvvəlki qədər deyil, lakin indi də rəqib müdafiəçiləri təzyiqdə saxlaya və komanda yoldaşlarına boş zonalar açmağa qadirdir. Biz ona sayğı duymalıyıq. Bəzən Ronaldudan danışarkən insanlarda intellektual dürüstlük çatmır. Kriştianu etalon olaraq qalır. Ondan daha yaxşı hücumçu görmürəm. Gerisinə məşqçi qərar verəcək".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər