"Dünya çempionu olmaq məqsədimizə inanmalıyıq" - Mərakeş seçməsinin baş məşqçisi

"Dünya çempionu olmaq məqsədimizə inanmalıyıq" - Mərakeş seçməsinin baş məşqçisi

Hazırda davam edən dünya çempionatının qrup mərhələsinin 3-cü turunda Haiti yığmasını 4:2 hesabı ilə məğlub edərək 1/16 finalda iştirak hüququ qazanan Mərakeş millisinin baş məşqçisi Məhəmməd Vəhbi fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini FİFA-nın rəsmi saytı belə çatdırıb:

"Mərakeş futbolu tam yeni mərhələyə çatıb. Futbolçular və azarkeşlər komandaya inanır, rəqib komandalar isə bizə hörmətlə yanaşırlar. Biz öz hədəfimizə, dünya çempionu olmaq məqsədimizə inanmalıyıq. Bütün gücümüzü ortaya qoymalı, rəqiblərimizə hörmət etməli və bu ambisiyaya yüz faiz sadiq qalmalıyıq. Mən öz işimə və məşqçilər korpusunun fəaliyyətinə böyük inam bəsləyirəm. Dünyanın ən yaxşı futbol ölkəsinə çevrilmək üçün lazım olan bütün keyfiyyətlərimiz var".

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər