"Daha yaxşı oynayan komanda qələbə qazandı"

"Daha yaxşı oynayan komanda qələbə qazandı"

DÇ-2026-nın 1/16 final mərhələsində Kolumbiya yığmasına 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandıran Qana millisinin baş məşqçisi Karluş Keyroş yenilgini şərh edib.

Fanat.Az xəbər verir ki, o, mətbuat konfransında belə danışıb:

"Kolumbiya oyuna daha yaxşı nəzarət edirdi. Onların ötürmələri və hərəkət intensivliyi bizi yordu. Topu geri qazanmaq və hücuma keçmək imkanlarımızı məhdudlaşdırdılar. İrəli atılmağa, qol vəziyyətləri yaratmağa çalışsaq da, son ötürmələrdə arzulanan keyfiyyət çatmadı. Fikrimcə, daha yaxşı oynayan komanda qələbə qazandı".

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər