"Bütün Konqo xalqı adına xoşbəxtik" - Sebastyen Desabr

"Bütün Konqo xalqı adına xoşbəxtik" - Sebastyen Desabr

Hazırda davam edən dünya çempionatının qrup mərhələsinin 3-cü turunda Özbəkistan seçməsini 3:1 hesabı ilə üstələyən və tarixi uğura imza ataraq 1/16 finala yüksələn Konqo Demokratik Respublikası yığmasının  baş məşqçisi Sebastyen Desabr fikirlərini bölüşüb. 

Fanat.Az xəbər verir ki, o, K qrupunda baş turan görüşdən sonra təşkil edilən mətbuat konfransında belə danışıb:

"Futbolçularımızı təbrik edirəm. Bu gün, həqiqətən, qeyri-adi performansla yadda qaldılar. Biz buraxdığımız qollara reaksiya verməyi bacaran, sona qədər mübarizə aparan komandayıq.

Özbəkustanla görüşdə daha hücumameyilli oynadıq və hamı bizim qol vurmaq bacarığımızı gördü. Bu, çox sevindirici məqamdır. Çox qürurluyuq və bütün Konqo xalqı adına xoşbəxtik".

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər