"Bu heç-heçə bizim üçün qələbə qədər qiymətlidir" - Dik Advokat

"Bu heç-heçə bizim üçün qələbə qədər qiymətlidir" - Dik Advokat

Hazırda davam edən futbol üzrə dünya çempionatının qrup mərhələsinin 2-ci turunda  Ekvador yığması ilə qolsuz bərabərliyə razılaşan Kürasao seçməsinin baş məşqçisi Dik Advokat fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, niderlandlı çalışdırıcı matçın ardından keçirilən mətbuat konfransında belə danışıb:

"Ekvadorun bizimkindən daha güclü heyəti olduğunu bilirdik. Futbolçularım inanılmaz mübarizə ilə yadda qaldılar və ilk dəfə qatıldığımız dünya çempionatında ölkəyə ilk xalı qazandırdılar. Bu heç-heçə bizim üçün qələbə qədər qiymətlidir. Qapıçımız Eloy Romun çıxışını xüsusi şəkildə vurğulamalıyam".

Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər