"Bəxtimiz gətirdi ki, azlıqda qalan Belçikaya uduzmadıq" - İran millisinin baş məşqçisi nədən narazı qaldığını açıqladı

"Bəxtimiz gətirdi ki, azlıqda qalan Belçikaya uduzmadıq" - İran millisinin baş məşqçisi nədən narazı qaldığını açıqladı

Hazırda davam edən dünya çempionatının qrup mərhələsinin 2-ci turunda Belçika ilə qolsuz bərabərliyə razılaşan İran millisinin baş məşqçisi Amir Qaleoni fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Tasnim News" belə çatdırıb:

"Bu, çox maraqlı oyun idi və hər iki komanda qələbəyə layiq mübarizə ilə yadda qaldı. Mən bütün futbolçulara, xüsusilə, Əlireza beiranvada təşəkkür etmək istəyirəm. Yalnız əvəzləmələrimiz istədiyimiz effekti vermədiyinə görə məyusam. Oyunçu dəyişiklikləri işə yaramalı, oyunumuzu gücləndirməliydi. Hətta bəxtimiz gətirdi ki, 10 nəfərlə qalan Belçikaya uduzmadıq".

Qeyd edək ki, sözügedən matçın 66-cı dəqiqəsində Natan Nqoy qırmızı vərəqə alaraq Belçikanı azlıqda qoyub. G qrupunda yer alan İran seçməsi iyunun 27-də Misirlə üz-üzə gələcək. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər