"Baku Fire" biri ilə vidalaşıb ikisini gətirdi

"Baku Fire" biri ilə vidalaşıb ikisini gətirdi

"Baku Fire” sıralarına iki braziliyalı futzalçı cəlb edib.

Fanat.Az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Paulo Henrike Alves de Souza və Henrike Suares Qimaraeş yaya qədər karyeralarını paytaxt təmsilçisində davam etdirəcəklər.

22 yaşlı futzalçılardan Paulo hücumçu, Qimaraeş isə müdafiəçidir. Paulo son olaraq vətənində AABB, Henrike Suares isə "ADİ İndaiatuba" klubunda çıxış edib.

Əvəzində Amadeu komandadan ayrılıb. O, Braziliyanın “Marreko” klubuna transfer olunub.

Qeyd edək ki, "Baku Fire" 8 oyundan sonra 22 xalla Yüksək Liqanın turnir cədvəlinə başçılıq edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər