Qrupda qalan Qətər millisinin ispaniyalı çalışdırıcısı belə danışdı

Qrupda qalan Qətər millisinin ispaniyalı çalışdırıcısı belə danışdı

Futbol üzrə dünya çempionatının qrup mərhələsinin 3-cü turunda Bosniya və Herseqovina millisinə 1:3 hesabı ilə uduzan Qətər yığmasının baş məşqçisi Xulen Lopeteqi yenilgini şərh edib.

Fanat.Az BBC-yə istinadən xəbər verir ki, 1 xalla qrup sonuncusu olan komandanın ispaniyalı çalışdırıcısı matçın ardından baş tutan mətbuat konfransında belə danışıb:

"Rəqibin hesabı açması və ardından bizim iki səhvə yol verməyimiz həlledici oldu. Çox üzgünük. Mundialda qalmaq üçün mütləq qələbə qazanmalı idik. Rəqib bəzi məqamlarda daha effektli oynadı və səhvlərimizi bağışlamadı. Futbolçularım sona qədər mübarizə apardılar, amma bu gün istədiyimiz nəticəni qazana bilmədik. Turniri erkən başa vurmaq ağırdır, amma bu təcrübədən nəticə çıxarmalı və daha güclü qayıtmalıyıq. Futbolçularımız topa nəzarət planında "artırmalıdırlar".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər