Qolsuz heç-heçənin ardından Koşta fərqləndirildi

Qolsuz heç-heçənin ardından Koşta fərqləndirildi

Hazırda davam edən dünya çempionatının qrup mərhələsinin 3-cü turunda Portuqaliya və Kolumbiya milliləri arasında baş tutan matçın ən yaxşı futbolçusu məlumdur. 

Fanat.Az xəbər verir ki, avropalıların heyətində qapıçı Diequ Koşta oyunun ən yaxşısı adına layiq görülüb.

Sözügedən qolkiper 0:0 hesabı ilə yekunlaşan qarşılaşmada komandasını bir neçə dəfə real qoldan xilas edib. 

Qeyd edək ki, iyunun 11-də başlayan DÇ-2026 iyulun 19-da yekunlaşacaq. K qrupundakı mübarizəni Kolumbiya lider qismində başa vurubsa, 5 xalı olan Portuqaliya yığması 2-ci yeri tutaraq 1/16 finala çıxıb.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər