"Qətərə buna görə gəlməmişəm" - Mbappe

"Qətərə buna görə gəlməmişəm" - Mbappe

Fransa millisinin hücumçusu Kilian Mbappe dubl etdiyi Polşa üzərində 3:1 hesablı qələbədən sonra mətbuata danışıb.

Fanat.Az xəbər verir ki, "Sky Sports" ulduz forvardın fərdi hədəfləri barədə fikirlərini belə çatdırıb:  

“Qətərə dünya çempionatının qalibi olmağa gəlmişəm, “qızıl top”u və ya “Qızıl buts”u qazanmağa yox. Bu mükafatları qazana bilsəm, əlbəttə xoşbəxt olacağam. Amma mən ilk növbədə qələbə qazanmaq və Fransa millisinə kömək etmək üçün buradayam”.

Qeyd edək ki, Fransa 1/4 finalda İngiltərə ilə qarşılaşacaq. Yarımfinala vəsiqə uğrunda prinsipial matç dekabrın 10-da oynanılacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər