Qətərdə jurnalist canlı yayımda hədələndi - VİDEO

Qətərdə jurnalist canlı yayımda hədələndi - VİDEO

Dünya çempionatı hələ start götürməsə də, artıq problemlər başlayıb.

Fanat.Az xəbər verir ki, Danimarkanın TV2 telekanalının müxbiri canlı yayımda olarkən mühafizəçilərin təzyiqi ilə üzləşib.

Yerli təhlükəsizlik əməkdaşları müxbir Rasmus Tannholda yaxınlaşaraq yayımı dayandırıblar və onun kamerasını məhv edəcəkləri ilə hədələyiblər.  Yarışın Yerli Təşkilat Komitəsi başverənlərə görə televiziya heyətindən rəsmi üzr istəyib. Müxbir hadisədən sonra qətərlilər tərəfindən ona üzrxahlıq olunduğunu sosial şəbəkə hesabı vasitəsilə təsdiqləyib: “Biz Qətər Beynəlxalq Media Ofisindən və Qətərin Ali Komitəsindən üzrxahlıq almışıq. Bu gün Doha Dairəvi yolundan canlı yayım zamanı başımıza hadisə gəldi. Bu, digər media əməkdaşlarına qarşı da davam edəcəkmi?”.  

Mirağa

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər