Qazaxıstan millisinin üzvü dünya çempionatları tarixinə düşdü - Rekord

Qazaxıstan millisinin üzvü dünya çempionatları tarixinə düşdü - Rekord

Qazaxıstan futzal millisinin oyunçusu Birjan Orazov dünya çempionatının rekordunu müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, məlumatı Qazaxıstan Futbol Federasiyasının mətbuat xidməti yayıb. 

Məlumata görə, Orazovun 2024-cü ildə Özbəkistanda keçirilən dünya çempionatının qrup mərhələsinin ilk oyununda qazaxıstanlının İspaniya millisinin qapısına altıncı saniyədə vurduğu qol dünya çempionatı tarixində ən erkən qol olub.

Bundan əvvəlki rekord 2008-ci il dünya çempionatında 11-ci saniyədə qol vuran ispaniyalı Xavi Rodrigesə məxsus idi.

Xatırladaq ki, sabah, sentyabrın 22-də Qazaxıstan yığması DÇ-2024-ün qrup mərhələsinin son oyununu Yeni Zelandiya yığmasına qarşı keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər