Qattuzonun yerinə əsas namizədlər bilindi

Qattuzonun yerinə əsas namizədlər bilindi

İtaliya millisinin baş məşqçi postundan ayrılacağı gözlənilən Cennaro Qattuzonun yerini tutmağa əsas namizədlər bəlli olub.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, ötən il işlədiyi "Fiorentina"dan ayrılandan sonra işsiz qalan Stefano Pioli 48 yaşlı Qattuzonun xələfi olmağa favorit göstərilir.

Digər namizədlər isə Türkiyə millisini 24 ildən sonra dünya çempionatına daşıyan Vinçentso Montella, Antonio Konte (Napoli) və Massimiliano Alleqridir ("Milan").

Xatırladaq ki, İtaliya yığması ardıcıl 3-cü dəfə mundialdan kənarda qalaraq azarkeşlərini məyus edib.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər