Qahirədə 7 medal şansı

Qahirədə 7 medal şansı

Misirin paytaxtı Qahirədə Azərbaycan karate yığmasının iştirakı ilə Premyer Liqa turniri davam edir.

Fanat.Az xəbər verir ki, turnirin ikinci günündə İrina Zaretska (61 kq), Ayxan Mamayev (84 kq) və Asiman Qurbanlı (+84) yarımfinala çıxıblar. Lakin hər üç idmançımız bu mərhələdə rəqiblərinə uduzub. Onlar bürünc medal üçün mübarizə aparacaq.

Qeyd edək ki, daha əvvəl Mədinə Sadıxova (55 kq), Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq) və Fərid Ağayev (75 kq) da bürünc uğrunda mübarizə aparmaq hüququ əldə ediblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər